1 Mart 2016 14:02
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr (facebook, twitter, youtube və s.) daxildirlər.

Şirkət banklar ilə bağlı fevral ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 32215 xəbər yerləşdirilib. Bunlardan 30454-ü neytral, 1703-ü mənfi , 59-u isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Texnika Bank (427 xəbər - müflis elan), United Credit Bank (224 xəbər - bank ləğv olunur), Gəncəbank (187 xəbər – bank bağlanır).

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 1902 xəbər
2. Texnika Bank 1598 xəbər
3. Bank of Azerbaijan 1287 xəbər
4. Unibank Kommersiya Bankı 1140 xəbər
5. Kapital Bank 880 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2111 xəbər dərc edilib. Bu xəbərlərdən 2091 xəbər neytral, 20 xəbər isə mənfi xəbərdir. Qəzetlərdə mənfi xəbərlər arasında liderlər: Texnika Bank (7 xəbər – bankın bağlanması), Bank of Azerbaijan (2 xəbər - bank müflis elan olundu), Bank Respublika (2 xəbər - bank 4 filialını birdən bağladı).

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 89 xəbər
2. Texnika Bank 75 xəbər
3. Bank of Azerbaijan 51 xəbər
4. Unibank Kommersiya Bankı 51 xəbər
5. NBC Bank 49 xəbər

Fevral ayında televiziya kanallarında banklar haqqında 526 xəbər göstərilib. Bu xəbərlərdən 511 xəbər neytral, 15 xəbər isə mənfi xəbərdir. Televiziya kanallarında mənfi xəbərlər iki banka aid olub: Texnika Bank (12 xəbər - bank müflis elan edildi), Gəncəbank (3 xəbər - bank müflis elan edilib).

Xəbər sayına görə sıralama:

1.Kapital Bank 39 xəbər
2.Texnika Bank 32 xəbər
3.Gəncəbank 24 xəbər
4.United Credit Bank 21 xəbər
5.Azərbaycan Beynəlxalq Bankı 21 xəbər


Müəllif:

Oxşar xəbərlər