Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimi keçirilib.
Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyəti var: “Ölkə iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahələrində qanunvericilik aktları Avropa təcrübəsinə uyğunlaşdırrılıb. Prezident İlham Əliyevin rəhbərliyi tərəfindən institusional islahatlar aparılıb, Azərbaycanda ilk dəfə olaraq Milli Etalon Bazası formalaşıb".
Ramiz Həsənovun sözlərinə görə, hazırda icrasına başlanan sayca lll Tvinninq layihəsinin əsas məqsədi metrologiya sisteminin daha da təkmilləşdirilməsidir: “Tvinninq layihəsinin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, metrologiya sisteminin Təşkilatı İdarətəetmə və planlaşdırılmasının Avropa Ittifaqı və edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı və Qanunverici Metrologiya Üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması kimi bir sıra komponentləri var”.