3 Mart 2016 18:46
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyində “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə əmr imzalanıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əmrdə Səhiyyə Nazirliyinin tabeli müəssisələrinə rayon səviyyəsində peyvəndlərlə əhatə səviyyəsinin yüksək dərəcədə saxlanılması, əhali qrupları arasında peyvəndlə əhatə səviyyəsinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə işinin aparılması, profilaktik peyvənd təqvimində poliomielitə qarşı əlavə vaksinin daxil edilməsi, immunizasiya ilə əhatənin vaxtında və tam dolğun olunmasını təmin etmək məqsədi ilə zəruri hallarda yerli səviyyədə səyyar briqadalardan istifadə olunması və s. tədbirlərin icrası nəzərdə tutulub.

Əmr çərçivəsində “Elektron sağlamlıq kartı” sistemi və Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin imkanları idarə olunan xəstəliklərin təhlilində istifadə ediləcək. Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində tədbirlərin icrasını davam etdirəcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər