14 Mart 2016 09:14
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub.



“APA-Economics”in əldə etdiyi məlumata görə, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.


Qeyd edək ki, S. Paşayev buna qədər “Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub.


Xatırladaq ki, bu təyinata qədər “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən “Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.


Müəllif:

Oxşar xəbərlər