Unibank-ın "Facebook" səhifəsi beynəlxalq Socialbakers xidməti tərəfindən mart ayının nəticələrinə görə də, “Ən sosial yönümlü səhifə” nominasiyasının qalibi olub.
Unibank facebook səhifəsi yeganə bank səhifəsidir ki, 2014-ci ildən hər ay Socialbakers tərəfindən dərc edilən ən sosial yönümlü səhifələrin top 5-liyinə daxil edilir.
Beynəlxalq xidmətin monitorinqi göstərir ki, Unibank facebook səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən, 100%-ni də alıb.
Socialbakers (http://www.socialbakers.com/ ) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.
Qeyd edək ki, hazırda Unibank-ın Facebook səhifəsinin (https://www.facebook.com/unibank.az?fref=ts) istifadəçilərinin sayı 190 minə yaxınlaşır. Bu da banklar arasında tərəfdaşların sayına görə, ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burda Unibank-ın məhsul və xidmətləri haqda sual ünvanlayaraq, qısa müddətə məlumat ala bilirlər. Unibank-ı birinci etdikləri üçün, Bank bütün facebook tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir.
Əlavə məlumat üçün – www.facebook.com/unibank.az
Unibank – hər kəsin bankı.