Müdafiə Nazirliyinin mətbuat xidməti "facebook" istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi Facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Bununla yanaşı, facebook sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.
"Facebook" istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.