12 Aprel 2016 18:03
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu gündən Türkiyənin İstanbul şəhərində öz işinə başlayan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) “İƏT Gənc liderlər Sammiti”nə qatılıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə çıxış edən Azad Rəhimov ölkədə gənclər siyasəti sahəsində aparılan işlər, ölkənin 2/3 hissəsinin 30 yaşına qədər gənclərdən ibarət olması, “2005-2009”, “2011-2015-ci illər Azərbaycan gəncliyi Dövlət Proqram”ları çərçivəsində görülmüş işlər, yeni “2016-2020 Azərbaycan Gəncliyi Dövlət proqramında öz əksini tapmış və icrası nəzərdə tutulmuş tədbirlər, eyni zamanda “2015-2025-ci illəri əhatə edən “Gənclərin inkişafı üzrə Dövlət Strategiyası” haqqında məlumat verib.

Nazir, eyni zamanda ölkəmizin İslam ölkələri gənclərinin həmrəyliyinə, birgə fəaliyyətlərinə və tədbirlərinə daim dəstək verdiyini, İslam ölkələri gənclər Forumunun təsis iclasının məhz Azərbaycanda keçiriləcək.

Azad Rəhimov 2007-ci ildə Bakı şəhərində keçirilən "Gənclər Sivilizasialar arası alyans naminə" konfransının Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO - nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın patronajı altında keçirildiyini vurğulayıb.

Nazir bu gün ölkədə 320 QHT fəaliyyət göstərdiyini, Azərbaycanın Türkiyə, Küveyt, Qətər, Mərakeş, Səudiyyə ərəbistanı,Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran , İraq və digər ölkələrlə gənclər sahəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb: “Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik. Biz islamın sabahı haqqında düşünməliyik və məqsədlərimizə çatmaq üçün bu gün nələri ortaya qoyduğumuza diqqət verməliyik. Birgə qüvvələrimizi qoyaraq biz Gənclər Strategiyasını inkişaf etdirməliyik. Bu strategiya gənclərin arzu və istəklərinin üzərində qurulmalıdır”.

Qeyd edək ki, Sammitin ikinci panelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev Bakı İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatla çıxış edəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər