Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 14-də Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabatı təqdim edib.
ANAMA-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Tərtər rayonunun Qapanlı kəndində 3 ev və həyətyanı sahələrdə 6 partlayış yerinə baxış keçirilib. Baxış zamanı partlamamış sursat aşkar edilməyib.
Ağdam rayonunun Qaradağlı kəndində 2 ev, 5 partlayış yeri və 1 əkin sahəsinə baxış keçirilib, partlamamış sursat aşkarlanmayıb.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 2 ev və həyətyanı sahələrdə 3 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.
Ağdam rayonunun Ballar kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkarlanmayıb. Rayonun Ergi düzündə 1 fermaya baxış keçirilən zaman isə 1 ədəd 100 millimetrlik top mərmisi aşkar edilərək götürülüb.
Füzuli rayonunun Horadiz şəhərində və ətrafında 7 partlayış yerinə baxış keçirilib, 4 partlamış, 3 partlamamış hərbi sursat aşkarlanaraq götürülüb.
Aprelin 14-də agentlik tərəfindən 7 ev, 22 partlayış yeri, 2 əkin sahəsi və 1 fermaya baxış keçirilib, 19 partlamış və 4 partlamamış sursat tapılaraq götürülüb.
Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən 14-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 205 ev və həyətyanı sahəyə, 5 ferma və 3 əkin sahəsinə baxış keçirilib. Baxış zamanı 49 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.
Bəkir