15 Aprel 2016 16:43
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Bu barədə Teleqraf.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir. Bu səbəbdən, Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-ı, saat 06:00-dan etibarən nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət bazar ertəsi günü, aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər