Qoç - gün mürəkkəbdir. Nəyəsə nail olmaq istəsəniz, o, yorucu, tənbəlliyə meyl etsəniz - həddən artıq faydasız, qeyri-məhsuldar olacaq. Sizə elə gəlir ki, ətrafınızdakılar sizə güclü təzyiq göstərirlər, əslində isə sizdən gözlənilən yalnız nə vaxtsa verdiyiniz vədləri yerinə yetirməyinizdir.
Buğa - mübahisə və fikir ayrılıqları həm evdə, həm də işdə yarana bilər. Tənqidə qarşı dözümünüz yoxdur, ən adi irada sərt reaksiya verirsiniz. Ancaq yaxınlarınızdan biri sizi anlayaraq əhvalınızı qaldırmağa çalışacaq.
Əkizlər - lazım olanı etmirsiniz, üstəlik, bunu anlayır, amma geri də çəkilmirsiniz. Sağlam düşüncə hərdənbir "mən də varam" deyir, ancaq emosiyalarınız o qədər güclüdür ki, onlara müqavimət göstərə bilmirsiniz. Bir çox Tərəzilər öz ambisiyalarını təmin etmək məqsədilə qeyri-bərabər mübarizəyə atılacaqlar.
Xərçəng - gərgin, birmənalı olmayan gündür, hadisələrdən baş açmaq çətindir, onların nəticəsini təxmin eləmək isə bundan da qəlizdir. Əminsiniz ki, hər şey əla bitəcək, amma gözləntilərinizin reallıqla uzlaşıb-uzlaşmadığını düşünməyə ərinirsiniz.
Şir - danışıqlar apara bilərsiniz, amma bir az diqqətli olun, yerinə yetirməyəcəyinizi bilə-bilə vədlər verirsiniz. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar məsləhət deyil. Maliyyə işlərinizi qaydaya salın, əgər borclarınız varsa, hamısını qaytarmağa çalışın.
Qız - zədə almaq ehtimalınız böyükdür. Texnika ilə davranarkən ehtiyatlı olun. Günün ikinci yarısı ünsiyyət, ziyafətlərə qatılmaq, yeni tanışlıqlar üçün münasibdir. Romantik görüşlər əhvalınızı qaldıracaq.
Tərəzi - hərəkət etməyə tələsirsiniz - bu günün problemləri də əsasən bu istəyinizdən asılıdır. Əgər tez-tez dayanıb özünüzə düşünmək üçün vaxt ayırsanız, inanın, uduzmazsınız. Rəhbərliklə aranızda fikir ayrılıqları mümkündür, bir çox hallarda onlar maliyyə itkilərinə gətirib çıxara bilər.
Əqrəb - şəxsi və işgüzar münasibətlərinizi fərqləndirin, iş məsələlərinin həllində emosiyalarınıza güc verməyin. Ümumiyyətlə, yaxın adamlarınızla da söhbət edərkən təmkinli olmağa çalışın. Yeni tanışlarınız barədə mühakimələriniz dayazdır.
Oxatan - mürəkkəb və yorucu gündür. Onun yalnız bir yaxşı cəhəti var - bütün çətinliklər müvəqqətidir. Hətta hansısa ciddi bir səhv etsəniz, onların nəticəsi qorxulu olmayacaq. Rəhbərliklə aranızda fikir ayrılıqları, həmkarlarınızla - münaqişələr mümkündür. Bürcün bəzi nümayəndələri sərfəli sifarişləri əldən qaçıra, perspektivli layihələrdən kənarda qala bilərlər.
Oğlaq - problem və itkilərinizin əsas səbəbi hər yanda birinci olmaq, nəyin bahasına olur-olsun liderliyi əldə etmək istəyiniz ola bilər. Ətrafınızdakıların rəğbətini qazanmaq üçün nə qədər çox səy göstərsəniz, bir o qədər uğursuzluğa düçar olacaqsınız.
Dolça - sizin gününüz deyil. Odur ki, əgər nəsə əldə etmək istəyirsinizsə, mübarizə aparmağa, zəhmət çəkməyə, hiyləgərlik etməyə hazır olun. Qələbə qazanmaq şansınız var, ancaq onun üçün ödəyəcəyiniz məbləğ çox yüksək olacaq. Bu həm işə, həm də şəxsi həyatınıza aiddir.
Balıqlar - gün ümumilikdə yaxşı keçəcək. Müsbət tendensiyaların təsiri güclüdür, böyük qələbələr qazanacağınızı hiss edirsiniz və bu, doğrudan da, belədir. İşgüzarlığınız artıb. Odur ki, rəqiblərinizin gücü çatmayan işlərin öhdəsindən əla gəlirsiniz. Təhlükə bundadır ki, vacib qərarlar verərkən tələsir, heç kimlə məsləhətləşmirsiniz.
Milli.Az