22 Aprel 2016 23:52
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York şəhərində ermənilərin 1915-ci il olayları ilə bağlı irəli sürdüyü iddialara etiraz əlaməti olaraq aksiya keçiriləcək.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, aksiya Türk Amerika Həmrəylik Platforması tərəfindən təşkil olunacaq. Təşkilatdan verilən açıqlamada etiraz aksiyasının aprelin 24-də keçiriləcəyi bildirilib:

"Yüz ili geridə qoyan erməni diasporunun əsassız iddiaları bu il də davam etməkdədir. Türk Amerika Həmrəylik Platforması bu iddialara cavab vermək üçün aprelin 24-də Nyu Yorkda aksiya keçirəcək. Nümayişdə azərbaycanlılar, ərəblər və axıskalılar iştirak edəcək".

Samir


Müəllif:

Oxşar xəbərlər