29 Aprel 2016 12:37
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Strategiyada elm və təhsilin vahid institut kimi inkişafı əsas hədəflərdəndir”.

Teleqraf.com xəbər verir ki, bunu AMEA prezidenti, akademik Akif Əlizadə yığıncaqda hesabat məruzəsi ilə çıxışında qeyd edib.

Akif Əlizadə bildirib ki, AMEA-da elmi-analitik təhlillər aparmaq üçün müvafiq struktur dəyişikliyi edilib: “Bu sahədə işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin qiymətləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənərək hazırlanıb. AMEA-da təhsilin inkişafı üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilib, bir sıra institutların nəzdində bəzi ali təhsil müəssisələrinin baza kafedralarının yaradılıb”

AMEA prezidentinin sözlərinə görə, Azərbaycan elmində müşahidə edilən müsbət tendensiyaların nüfuzlu beynəlxalq informasiya bazalarında konkret rəqəmlərlə təsdiq olunub: “SCOPUS elmi bazasının reytinq cədvəllərində son illər üzrə Azərbaycan elminin mövqeyinin xeyli yüksəlib.

Milli Strategiyada iki mühüm meyar əsas götürülüb. Bunlardan biri dünya elminin inkişafı tendensiyaları, digəri isə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn hədəflərdir”.

Prioritetlərin müəyyənləşdirilməsində ikinci əsas meyarın ölkənin sosial-mədəni inkişaf tələbatının olduğunu qeyd edən akademik Akif Əlizadənin sözlərinə görə, alimlər qarşısında ölkənin yeni iqtisadi modelinin hazırlanması, xüsusən qeyri-neft sektorunun inkişafına uyğun prioritetlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi, sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr qoyub.

“Milli Strategiyada elm və təhsilin vahid institut kimi inkişafı əsas hədəflərdəndir” deyən AMEA prezidenti magistratura təhsilinin təşkilinin bu istiqamətdə atılan mühüm addımlardan olduğunu vurğulayıb: “İlk olaraq 9 ixtisas üzrə magistratura təhsili həyata keçirilib, növbəti təhsil ili üçün 63 nəfərin magistraturaya qəbulu gözlənilir.

AMEA-da doktorluq təhsilinin və elmi-tədqiqatların modernləşdirilməsi ölkənin aparıcı təhsil müəssisələrinin baza kafedralarının yaradılması, birgə kadr hazırlığı məqsədilə əməkdaşlıq əlaqələrinin qurulması və müxtəlif fənlər üzrə respublika olimpiadalarının keçirilməsi bu istiqamətdə fəaliyyətin bir hissəsidir”.

AMEA-nın ümumi yığıncağı keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazir müavini Elçin Əfəndiyev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, təhsil naziri Mikayıl Cabbarov, SOCAR-ın I vitse-prezidenti, Xoşbəxt Yusifzadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, səhiyyə nazirinin müavini Elsevər Ağayev, digər dövlət qurumlarının nümayəndələri iştirak edir. AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak edirlər.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"sının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası haqqında yekun hesabat məruzəsi ilə çıxış edib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb.

Bundan başqa, AMEA-da bəzi struktur islahatları ilə bağlı məsələlərin müzakirəsi, Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının sahiblərinə təqdim olunacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif: