30 Aprel 2016 11:54
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni-bəstəkar Emin Ağalarov restoranından qovulan əlil Oleq Yereminlə görüşüb.

Teleqraf.com xəbər verir ki, sənətçi “İnstagram”da Oleqlə fotosunu paylaşaraq layihəsinə dəvət etdiyini qeyd edib: “Komandam və Oleqlə görüşdən sonra biz layihəmizi təqdim etməyə hazırıq. Mayın 15-də “Krokus Ekspo”da “Sərhədsiz imkanları olan dünya” adlı forum keçiriləcək. Forumun məqsədi insanları müasir cəmiyyətin problemərinə cəlb etməkdir. Tədbirdə aktual məsələr, insanların cəmiyyətə adaptasiyası və sosial inteqrasiyası müzakirə ediləcək. Oleq də spikerlərdən biri olacaq. Hər kəs tədbirdə iştirak edə bilər. Qeydiyyat mayın 14-dək davam edəcək”.

Qeyd edək ki, Oleq bir müddət əvvəl Emin Ağalarovun restoranına gələrkən qovulmuşdu. Bundan xəbər tutan müğənni işçisini işdən azad edib və Oleqdən üzr istəyib.

Rəqsanə


Müəllif: