5 May 2016 12:03
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarşıdakı 5 ildə ölkə məktəblərində təhsil alan şagirdlərin 30 faiz artması gözlənilir”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışında deyib.

Nazir bildirib ki, ölkədə yüksək demoqrafik vəziyyət nəticəsində son illər I sinfə gələn şagirdlərin sayında artım müşahidə olunur.

2013-cü ildə I sinif şagirdlərin sayı 138 min olmuşdusa, 2014-cü ildə bu göstərici 152 min, 2015-ci ildə 157 mindən çox, 2016-cı ildə isə 165 mindən çox olması gözlənilir.

Bütövlükdə qarşıdakı 5 ildə ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30 faiz artacaq. Bu isə öz növbəsində təhsilin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaların tətbiqini zəruri edir.

Ümumi təhsilin müəyyən mərhələsində şagirdlərin təhsildəki göstəricilərinə görə müxtəlif kateqoriyalara ayrılmasını tələb edir”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər