7 May 2016 10:09
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Teleqraf.com ANAMA-ya istinadən həmin hesabatı təqdim edir:

Tərtər rayonu

Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 17 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 5 300 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Qaynaq kəndi - 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, 950 kv. m ərazi təmizlənib.

Cəmi: 5 ev və həyətyanı sahə, 1 əkin sahəsində 10 partlayış yeri aşkar edilmişdir və 23 250 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 430 kv. m ərazi təmizlənib.

Cəmi: 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilmiş və 430 kv. m ərazi təmizlənib.

Ağdam rayonu

Qaradağlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, 7 000 kv. m ərazi təmizlənib.

Cəmi: 3 ev və həyətyanı sahə, 3 partlayış yeri aşkar edilmiş, 7 000 kv. m ərazi təmizlənib.

6 May 2016-cı il tarixində Agentlik tərəfindən 8 ev, 3 əkin sahəsi, 15 partlayış yeri yoxlanılmış, 30 680 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 6 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 434 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Müəllif:

Oxşar xəbərlər