7 May 2016 12:28
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision” Mahnı Müsabiqəsi ilə bağlı bayraq siyasəti dəyişdirilib. APA-nın məlumatına görə, bu barədə Avropa Yayımçılar İttifaqının bəyanatında deyilir. Bildirilir ki, bir sıra nümayəndə heyətləri ilə müzakirələr və konstruktiv danışıqlardan sonra “Eurovision” Mahnı Müsabiqəsi təşkilatçıları bayraq siyasətini yüngülləşdirərək iştirakçıların milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib.

Avropa Yayımçılar İttifaqı tamaşaçıların Musiqi Müsabiqəsinin qeyri-siyasi ruhunu dəstəklədiyi və qəsdlə kamera görüntüsünə mane törətmədiyi müddətcə digər bayraqlara daha çox tolerant yanaşma nümayiş etdirməyi təklif edib.

Xatırladaq ki, aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.

Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı. Lakin daha sonra verdikləri bəyanatda bu sənədin ilki versiya olduğu bildirilərək bu qərara görə özünü təhqiq olunmuş hiss edən hər kəsdən üzr istənilib. Bəyanatın son versiyasının tez bir zamanda yayımlanacağı açıqlanıb.


Müəllif:

Oxşar xəbərlər