Məlum olduğu kimi, Şamaxıda müəllim Elnur İbrahimov tərəfindən zorlandığı iddia olunan 15 yaşlı məktəbli hamilə qalıb. Rayon Məhkəmə Tibb Ekspertizasının verdiyi rəy isə çoxlarında sual doğurub – məktəblinin bakirə olması.
Məhkəmə tibbi eksperti Məmməd Abdulrahibov 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb.
Çoxları bakirə qızın hamilə qalmasına inanmasa da, ekspertlər bunun mümkün olduğunu deyir.
“Medi Hause” tibb mərkəzinin ginekoloq-cərrahı Naibə Həsənova Teleqraf.com-a açıqlamasında dəfələrlə belə hallara rast gəldiyini vurğulayıb: “Hamilə qalmaq üçün tərəflərin ənənəvi formada cinsi əlaqədə olması əsas deyil. Bizdə “qızlıq pərdəsi” sindromu olduğuna görə, əksər qızlar ənənəvi formada cinsi əlaqədə olmaqdan çəkinir. Başqa formada münasibətdə olduqda isə kişi cinsi hüceyrəsi olan spermatozoidlərin qadın cinsiyyət orqanına müdaxiləsi hamilə qalmaq üçün kifayət edir”.
Çoxları elə başa düşür ki, “qızlıq pərdəsi” spermanın ora daxil olmasını əngəlləyir və hamilə qalmağı mümkünsüz edir.
Müsahibimiz bunun səhv yanaşma olduğunu deyir: “Qızlıq pərdəsi”nin mərkəzində və yaxud ətrafında dəlik olur. Mensturasiya zamanı ifrazat məhz o dəlik vasitəsilə xaric olunur. Eləcə də o dəlik spermanın uşaqlığa daxil olaraq qadının hamilə qalması üçün vasitə ola bilər”.
Nigar Əliyeva