“Bizdə heç bir peşəkar aktyora yüksək qonorar verilmir”.
Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Səidə Quliyeva deyib.
Səidə Quliyevanın sözlərinə görə, dövlətin serial çəkilişinə ayrılan maliyyə vəsaiti səmərəli xərclənməlidir: “O pulun qədrini bilməliyik. Serialların istehsalı həm də dövlət tərəfindən yaradacı insanlara - aktyorlara, aktrisalara, rejissorlara göstərilən qayğının nəticəsidir. Ona görə o pul səmərəli xərclənməli, rolları peşəkar aktyorlar ifa etməlidirlər.
Seriallarda sənətə aidiyyəti olmayan qeyri-peşəkar insanları görmək istəmirəm. Hər zaman bunun əleyhinə olmuşam, indi də əleyhinəyəm”.
Nərmin