1 İyun 2016 16:57
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı Sevda Vahabovanın YAP iclasında iştirak etməyən 14 nəfər tələbəyə töhmət verməsi ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı ADU-nun mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova Teleqraf.com-a açıqlama verib.

Şəfaqət Kazımovanın sözlərinə görə, ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı Sevda Vahabova YAP-ın iclasında iştirak etməyən 14 nəfər tələbəyə töhmət verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan əmr saxtadır: “Məsələni kimin niyə etdiyi araşdırılır. Bu əmrdən nə universitet rəhbərinin, nə idarə heyətinin, nə də dekanın xəbəri var. Aparılan araşdırma zamanı fakültə dekanı Sevda Vahabovanın belə bir əmr vermədiyi, ümumiyyətlə, dekanlıqda belə bir sənədin olmadığı aydınlaşdı”.

Şəfaqət Kazımova deyir ki, tələbələrin iclasa getmədiklərinə görə töhmət verilməsi həqiqətə uyğun deyil: “Heç bir tələbəyə töhmət verilməyib”.

İlhamə ƏBÜLFƏT


Müəllif: