24 İyun 2014 10:53
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda ağır yol nəqliyyat qəzası baş verib.

Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Sarı Tala ərazisində baş verib.

“VAZ 2106” markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar dərhal Tovuz rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda ölən və yaralıların kimlikləri dəqiləşdirilir.


Müəllif: