Lənkəran şəhərində oğurluq edən şəxslər məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də Samir Yusubova məxsus ofisdən, iyulun 25-də Gənclər İdman İdarəsinə məxsus anbardan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Elnur Zeynalov və Ruslan Əliyev tutulublar.
Onların iyulun 12-də Lənkəran akini Nənəbacı Muradovaya məxsus mobil telefonu oğurlamaları da müəyyən edilib.
Hacı Zeynalov