1 İyul 2014 13:48
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhər sakindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Nəzər Nəzərovnun evinə baxış zamanı 8 kiloqram 800 qram qurudulmuş xaş-xaş, 0,172 qram heroin və 1 şpridə 0,02 qram məhlul aşkar edilib.

Hacı Zeynalov


Müəllif: