12 Noyabr 2016 12:07
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində dini təyinatlı ədəbiyyatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Lənkəran şəhər polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən Lənkəran şəhəri ərazisində şəhər sakini Müşfiqə Quliyevaya məxsus mağazadan satışına razılıq verilməmiş və markalanmamış 32 ədəd dini təyinatlı ədəbiyyat götürülüb.


Həmin mağazanın lisenziya olmadan fəaliyyət göstərməsi də müəyyən edilib.

Faktla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokol tərtib olunub.

Hacı Zeynalov


Müəllif: