4 İyul 2014 12:54
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bir həftə əvvəl yol qəzası törədən sürücü həbs edilib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyunun 27-də Səbinə Əməşovanın ölümü, Fərhad Nuriyevin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış “ZİL” markalı avtomobilin sürücüsü müəyyən olunub.

Qəzanı törədən Qobu qəsəbə sakini Etiram Müzəffərli həbs olunub.

Hacı Zeynalov


Müəllif: