Bu gün Kürdəmir rayonu, Xırdapay kəndində vətəndaşa məxsus ümumi sahəsi 230 m2 olan kürsülü birmərtəbəli 6 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 55 m2 sahədə yanıb.
Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.