Naftalan şəhərində silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki Naftalan şəhər sakini Ərişad Sərdarov silah tapması ilə bağlı polis şöbəsinə müraciət edib.
O, bildirib ki, fevralın 5-də mərhum atası Sahibin yaşadığı mənzildən silah-sursat tapıb.
Naftalan şəhər polis şöbəsi əməkdaşları tərəfindən həmin evə baxış keçirilib. Baxış zamanı oradan 137 ədəd patron, “AK-SU” markalı avtomat silah, 4 ədəd “F-1” markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı, süngü-bıçaq, penal və 4 ədəd patron darağı aşkar edilərək götürülüb.
Hacı Zeynalov