Sumqayıt şəhərində avtomobilləri qarət edən şəxs ələ keçib. Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Altun Xəlilov həbs edilib.
O, ötən il dekabrın 7-dən cari il fevralın 5-dək olan müddətdə şəhər ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov