1 May 2017 12:53
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslər vəsatət veriblər.

Onlar təqsirləndirilən şəxsin oğlunun adına olan evə həbs qolulmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib, Əlövsət Məhərrəmovun əmlakına həbs qoluması barədə qərar çıxarılıb.

İttihama görə, Əlövsət Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər