Azərbaycanda fəaliyyət göstərən “Sem-az” Məhdud Məsuliyyətli Cəmiyyət “Elmas Klinik” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) qarşı iddia qaldırıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, “Sem-az” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlı “Elmas Klinik”ə qarşı iddia qaldırıb.
İddiaçı göstərib ki, “Elmas Klinik”in rəhbərliyi alqı-satqı müqaviləsi üzrə mübahisələri yerinə yetirməyib.
İddia ərizəsi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Kənan Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, “Sem-az” MMC 2009-cu ildən fəaliyyət göstərir. Fiziki-kimyəvi laboratoriyaların ən müasir avadanlıqlarla, reaktiv, reagentlər ilə təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşıb. Şirkət öz sahəsində lider olan “Agilent Technologies”, “Merck Millipore SAS”, “MEMMERT GmbH+Co KG.”, “Alfa Laval”, “Beckman Life Science”, “OHAUS”, “Gerhard”, “Glassco”, “Jasem”, “Millistone”, “A.KRÜSS”, “IDEXX” və bir sıra digər şirkətlərin Azərbaycanda rəsmi təmsilçisidir. “Sem-az” 170-dən çox şirkətə xidmət göstərir.