29 May 2017 17:59
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin meyiti tapılıb.

Araşdırma zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində digər iki tanışı ilə yüksək dozada heroin qəbul edərək öldüyü, bundan sonra Ceyhun Süleymanovla həmin şəxslərin cəsədi “Mercedes” markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atdıqları müəyyən edilib.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Süleymanov tutulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər