8 İyun 2017 17:42
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməyə cəhddə təqsirli bilinən Vüsal Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Vüsal Əsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vüsal Əsgərov ötən il oktyabrın 21-də axşam saatlarında borc qaytarmaq üçün atasından 15 manat pul istədiyinə görə qardaşı Zəka Əsgərovla mübahisə edib. Qardaşı onun ünvanına nalayiq söyüşlər söyüb.

Bir neçə gün ərzində bunu həzm edən bilməyən Vüsal Əsgərov qardaşını öldürmək qərarına gəlib.

Oktyabr 24-də, gecə saat 5 radələrində sərxoş vəziyyətdə ailə üzvlərinin yatmasını gözləyərək, balta ilə qardaşının sifətinə zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Vüsal Əsgərov Cinayət Məcəlləsinin 29.120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ittiham edilib.


Müəllif: Hacı Zeynalov