Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən soyğunçuluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Murad Həşimzadə və Masallı rayon sakini Araz Əliyev tutulublar.
Onlar rayon ərazisində Bakı şəhər sakini O.Zeynalovanın qabağını kəsiblər və qadının boynunda qızıl boyunbağısını qopararaq qaçıblar.
Faktla bağlı cinayət işi başlanıb.