22 İyul 2014 14:02

Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1974-ci il təvəllüdlü Əli Ənvər oğlu Nuriyev özünü yandırıb.

Ə. Nuriyev xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

/APA/


Müəllif:
Загрузка...