12 Avqust 2014 14:11
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Orxan Şükürzadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Gülməmməd Pənahovu vurub. Nəticədə G.Pənahov hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: