25 Avqust 2014 11:09
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyalar keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir axtarış-baxış tədbiri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan İsa Rüstəm oğlu Hümbətovun anası, Bakı şəhəri, 7 mkr. F.Məlikov küçəsi, ev 53, mən. 2 ünvanında yaşayan Nərgiz Erkop qızı Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Keçirilən baxış zamanı Nərgiz Məmmədovanın əl çantasının gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.

İsa Hümbətov Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən həbs edilib.

Faktlar üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: