Bakıda ticarət mərkəzlərindən birində ayaqqabı alan qadının pul kisəsi oğurlanıb.
Teleqraf.com Xezerxeber.az-a istinadən xəbər verir ki, oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.
Hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərindən birində baş verib.
İbrahim Allahverdiyev Nərimanov rayon 18-ci polis şöbəsinə müraciət edərək həyat yoldaşı Səbinə Ərəblinin içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.
Qeyd edək ki, portmanatı oğurlanan Səbinə Ərəbli tanınmış xanəndədir.