13 Aprel 2019 20:00
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun 8-ci mikrorayonunda bir neçə nəfər arasında yaranan mübahisə sonda qanlı olayla nəticələnib.

Hadisə zamanı paytaxt sakini, 1971-ci il təvəllüdlü Tərlan Almanov bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Binəqədi rayonunda daha bir bıçaqlanma olub.

1962-ci il təvəllüdlü Əfqan Qurbanov yaşadığı evin yaxınlığında tanımadığı şəxslə əlbəyaxa dava edib.

Dava zamanı o, qarın nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər