16 Aprel 2019 01:35
2 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Smallville" serialındakı rolu ilə məşhurlaşan amerikalı aktrisa Allison Mack qadınları seksual xarakter daşıyan Nxivm-ə cəlb etdiyini boynuna alıb.

Teleqraf.com xəbər verir ki, Allisona qarşı bir müddət öncə insan alveri ilə məşğul olan təriqətə üzv olmaq ittihamı irəli sürülüb.

Allison qadınları tələyə salaraq seksual köləyə çevirən "Nxivm" adlı təşkilatın rəhbərlərindən biri olub. O, qadınları təriqətə daxil etmək, onları şantaj yolu ilə idarə və təşkilat sədrinə itaət etdirmək vəzifələrini icra edib. Tələyə düşən qadınlara işgəncələr verildiyi, onların ac saxlanıldığı iddia edilir.

"'Neksium" kimi tələffüz olunan təriqət şəxsi inkişaf proqramı kimi fəaliyyət göstərib. Təriqətin lideri Keith Raniere burada "qul və ağa" sistemini qurub.

Adı açıqlanmayan təriqət üzvünün etirafları olduqca dəhşətlidir: "Kənardan baxanda mükəmməl həyat kimi görünürdü. Floridada doğuldum, valideynlərim, bacılarımla Baham adalarında yaşadıq. Amma içimdə boşluq vardı. 15 yaşına çatmadan ailə üzvlərimi itirdim. "Nə üçün yaşayırıq və öləndən sonra nə olur" sualı üzərində xeyli düşündüm. 33 yaşında sevişmə ilə bağlı buddist meditasiyasına qatıldım. Ağ saçlı, bəyaz paltarlı bir qadın müəllim və brend geyimləri olan bir qadını qarşımda gördüm. Texno musiqi qoşub "gəlin, meditasiya edək" deyərək mənə eynək uzatdı. Eynəyi taxdım, arzuladığım aləmə düşmüşdüm. O qadın nə desə əməl edəcəkdim. Nə baş verdiyini müəyyən etmək üçün çox vaxtım getdi. Amma indi anlayıram ki, zərərli işlərlə məşğul olmuşam. Qrup şəkilində bizi cinsi əlaqəyə məcbur edirdilər. "Sistemdən" kənara çıxa bilmirdik. Nə qədər çox qazansaq, o qədər çox ödəyirdik. Ancaq tənqid edir, aşağılayırdılar. Bir gün onlardan ayrıldım. Psixoloji cəhətdən böhran keçirirdim, intihar etmək istəyirdim. Hindli rahibin seminarına qatıldım. Təlimlərinin nəticə vermədiyini məni Hindistana, daha güclü rahiblərin təlimlərinə dəvət etdi. Dehlidə məni bir otelə yerləşdirdilər. Təlimçi hər gün mənə təcavüz edirdi. Bunlar 1987-ci ilin yazında olmuşdu.

Oradan da qaçdım. Londona gəldim. Burada hippi görünüşlü amerikalı ilə tanış oldum. Məni çox təsirləndirmişdi. O da sonradan mənim inamımdan istifadə etdi və mənə təcavüz etməyə başladı. İntihar etmək istədim, amma buna mane olurdu. Rəhbərlik etdiyi qrupda hər kəsi narkotik çəkməyə məcbur edirdi. Müayinə xərclərim olduğu üçün məni qrupdan kənarlaşdırdılar. Bir il sonra yenidən qrupa qoşuldum. Bir müddət sonra onlardan ayrıldım. Bacım da təriqətə qoşulmuşdu və sonra intihar etdi.

Dəfn mərasiminə qatılan təriqət lideri : O, xilas oldu. Cənnətə düşəcək", deyə bildirdi. Amma artıq mən bunlara inanmırdım. 26 yaşında Yeni Zelandiyadan ayrıldım. Yaxınlarım Arizonada yaşayırdı, amma əlaqəm yox idi. Uşaq vaxtı fiziki zorakılığa məruz qalmısansa, bunu unutmaq olar. Amma təriqətlərdə sənə edilən psixoloji təsirlərdən çıxmaq mümkün deyil".

Digər məlumata görə, aktrisa Allison Mack ABŞ-da seks təriqətinə qoşulan qadınları psixoloji təzyiqlə əsarətdə saxlayıb. Bu təriqətə qoşulanların qollarında olan işarənin səbəbi isə yeni məlum olub. Qızğın dəmirlə qadınların qollarına işarə çəkilən zaman onlara "Ağrıdan zövq alın, sahibinizi düşünün" deyə sözlər deyilir.

Qadınlar isə bu işarənin mənasını bilmədiklərini və qorxularına qalib gəlməyin simvolu olduğu deyiblər. Təriqətə bir çox məşhurların da üzv olduğu bildirilir, lakin istintaq sirri olduğundan onların adları açıqlanmır.


Müəllif: Teleqraf.com