9 Sentyabr 2014 09:26
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs Bakı şəhər sakini Qabil İsayevin içərisində 100 dollar və 15 manat olan pul kisəsini alaraq qaçıb.

10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şabran rayon sakini Emin Mirzəyev tutulub. Ondan 5,77 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Hacı Zeynalov


Müəllif: