Bakının Səbail rayonunda intihara cəhdin qarşısı alınıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə Mərkəzi Univermağın qarşısında qeydə alınıb.
Məlumata görə, 35-40 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib. Amma polislərin müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb. Həmin şəxsin hansı səbəbdən intihara cəhd etmək istəməsi bilinmir.
Həmin şəxs polis bölməsinə aparılıb. Hazırda izahatı alınır.
Hacı Zeynalov