Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Gəncənin Nizami rayonunda baş verib. 1979-cu il təvəllüdlü Vüqar Rüstəmov yaşadığı evdə damarlarını doğrayıb. Onu qan içində görən ailə üzvləri xəstəxanaya aparıblar.
Vüqar Rüstəmova dərhal tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisə zamanı Vüqar Rüstəmov sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov