16 Sentyabr 2014 12:23
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobillərdən oğurluq edən dəstənin 3 üzvü yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi və post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Keçirilən əməliyyat zamanı sentyabrın 14-də Kaveroçkin küçəsində Rəşad Nəbiyevə məxsus "Hyundai-Sonata" markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibov tutulublar.

Araşdrmalar nəticəsində olub ki, onlar sentyabrın 11-i saat 18:30-dan 13-ü saat 16-dək olan müddətdə Azadlıq prospektində İntiqam Hüseynova məxsus "Lexus" və sentyabrın 14-nə keçən gecə Mirqasımov küçəsində Mahir Əsədliyə məxsus "Toyota-Camry" markalı avtomobillərdən pul və müxtəlif əşyalar götürüblər.

Bundan başqa onlar sentyabrın 14-nə keçən gecə İ.Qasımov küçəsində Kərim Əbdürəhmanzadəyə məxsus "Peugeot" markalı avtomobildən oğurluğa cəhd ediblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: