12 Oktyabr 2019 13:36
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 30-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 11-də saat 1 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində oturub və Dədə Qorqud qəsəbəsinə getdiyini qeyd edib.

O, bildirib ki, qəsəbə ərazisində isə sürücünün onu hədələyib və 120 manat pulunu alıb.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov