23 Oktyabr 2019 01:15
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda sərxoş şəxs​ 83 yaşlı anasını döyüb.

Teleqraf.com xəbər verir ki, rayonun Qaşqaçay kənd sakini Rəcəbov Möhsün Xaləddin oğlu 1936-cı il təvəllüdlü Nənə İdris qızı Rəcəbovanı döyüb. O, bədənin küt travması və başın arxa hissəsinin kəsilmiş yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada müayinə zamanı 83 yaşlı N. Rəcəbovanı yaşadığı ünvanda sərxoş oğlu tərəfindən döyüldüyü məlum olub. Hazırda xəstəxananın​ cərrahiyyə şöbəsində N. Rəcəbovanın müayinəsi aparılır.

Anasını döyən sərxoş övlad Qax rayon polis Əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com