1 Noyabr 2019 13:10
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, 16-cı polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abuşov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 520 qramdan artıq heroin, 8 qramdan artıq metamfetamin, 56 qramdan artıq tiryək və metadon da aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov