Şəmkir rayonunda 18 yaşlı oğlan bacısını qaçıranlara mane olmaq istəyən zaman xəsarət alıb.
Teleqraf.com-un məlumatına görə, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.
21 yaşlı qızı evlənmək məqsədi ilə avtomobilə mindirilərək qaçıran zaman qızın 18 yaşlı qardaşı buna mane olmaq istəyib.
Qızı qaçıranlardan biri onu maşından uzaqlaşdırmaq məqsədi ilə itələyib. Yerə yıxılan gənc başından ağır xəsarət alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Kəllə-beyin travması alan oğlanın vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.