11 Dekabr 2019 13:42
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə 32 qramdan artıq heroin, 107 qramdan artıq tiryək, 103 qramdan çox marixuana, 109 qramdan artıq metamfetamin, metadon və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov