17 Fevral 17:15

Bakının Nizami rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının əld edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Seyidov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 220 qrama yaxın heroin və 145 qrama yaxın metamfetamin götürülüb.

Bundan başqa, daxil olmuş məlumat əsasında Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının rayon ərazisində yaşayan İ.İbrahimovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 kiloqram 285 qram heroin və 40 ədəd psixotrop həb aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov