28 Fevral 2020 12:32
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur".

Bu barədə Teleqraf.com-a Şəki rayon prokurorluğundan bildirilib.

"Belə ki, yanvarın 25-də saat 02 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib. Yusif Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.

Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib", - deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər