6 Aprel 2020 10:45
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda dəhşətli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Boyat kənd sakini Amil Əmrahov həmkəndliləri Ehtiram Əliyev və Yaşar Əliyevlə mübahisə edib.

Mübahisə nəticəsində Amil Əmrahov hər iki qardaşın üzərilərinə benzin tökərək yandırıb. Onlar yanıq xəsarəti ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onlar Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər.

Hadisəni törədən Amil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.

İlkin məlumata görə, hadisə söyüş üstündə yaranan mübahisə zamanı baş verib. Belə ki, Ehtiram və Yaşar Amil Əmrahovun özünü və ailə üzvlərini təhqiredici ifadələrlə söyüb. Bundan əsəbləşən Amil Əmrahov məlum hadisəni törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ağcabədi rayon Prokurorluğunda istintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər